Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycandan Türkmənistana qeyri-neft məhsulları ixracı azalıb

    1 day ago

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Türkmənistana 12,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon ABŞ dolları və ya 26,3% azalıb. Hesabat dövründə Türkmənistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 1,61%-ini təşkil edib, Türkmənistan isə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 10-cu pillədə qərarlaşıb. Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 77,7 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 milyon ABŞ dolları və ya 19,8% azdır. Türkmənistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,64%-ni təşkil edib. Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkmənistana 13,1 milyon dollar dəyərində məhsul ixracı qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 milyon ABŞ dolları və ya 22,9% azalıb. Bundan əlavə, 2025-ci ilin yanvar-mart aylarında Türkmənistandan Azərbaycana 64,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da illik müqayisədə 15,3 milyon ABŞ dolları və ya 19,2% azalma deməkdir. Ümumilikdə, bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib. İxrac 6,7% artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% artaraq 5,7 milyard ABŞ dolları olub. Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.
    Click here to Read more
    Prev Article
    Türkiyənin Azərbaycana polad ixracı artıb
    Next Article
    Realme GT 7’nin Global Lansman Tarihi Netleşti

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment