Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir

    12 hours ago

    Finss.az - “Slow Wine” hərəkatının aparıcı ekspertlərinin, yerli şərabçıların və şərab sənayesi nümayəndələrinin iştirakı ilə icma əsaslı şərabçılıq ənənələrinin və şərab turizmi (enoturizm) imkanlarının inkişaf etdirilməsi üzrə görüş keçirilib.  Görüşdə Azərbaycanın üzümçülük ənənələrinin beynəlxalq platformalarda tanıdılması üzrə əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin yerli istehsalçılarla icma əsaslı, şəffaf və dayanıqlı şərab istehsalına dair təcrübə və fikir mübadiləsi aparılıb. İtaliyalı ekspertlərdən ibarət nümayəndə heyəti İsmayıllı, Qəbələ, Ağsu və Şamaxıda fəaliyyət göstərən şərab təsərrüfatlarını da ziyarət ediblər.  Onlar yerli şərab istehsalını dəstəkləyən təbii şərtlər, ənənəvi becərmə və istehsal metodları ilə tanış olublar.  Qeyd edək ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir. Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Çıxarışsız mənzillər üçün kredit: 500 000 AZN-dək
    Next Article
    Mədənçıxarma sənayesində məhsul istehsalında artım və azalmalar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment