Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın kakao ixracı artıb

    6 hours ago

    Finss.az - Cari ilin yanvar-mart aylarında Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Rəqəmlər göstərir ki, ölkənin kakao məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 686 min ABŞ dolları və ya 26,6% artıb. Belə ki, 2024-cü ilin ilk rübündə bu göstərici 2,6 milyon dollar təşkil edirdi. Bununla yanaşı, hesabat dövründə Azərbaycana 38,9 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları idxal olunub. Bu isə 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 864 min dollar və ya 2,3% çoxdur. Ötən ilin analoji dövründə kakao idxalının dəyəri 38,1 milyon dollar olmuşdu. Müqayisəli təhlil göstərir ki, Azərbaycanın kakao idxalı ixrac həcmini təxminən 11,9 dəfə üstələyir. Bu isə daxili istehlakın daha çox xarici mənbələr hesabına təmin edildiyini göstərir. Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanın kakao idxalı ümumi idxalın 0,69%-ni, ixracı isə ümumi ixracın cəmi 0,05%-ni təşkil edib.
    Click here to Read more
    Prev Article
    Bakıda mənzil bazarında 1 kvadrat metr üçün qiymət 2000 AZN-dən 2400 AZN-ə yüksəlib
    Next Article
    Bakı əmlak bazarında sabitlik qorunur, illik göstəricilər sürətlə artır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment