Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın məşhur marketlər şəbəkəsi bağlanır?

    13 hours ago

    Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb. Bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir. Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib. O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir: "Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan "AL Market", xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir", - deyə M.Əsədova bildirib. Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub. "Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub", - deyə mütəxəssis qeyd edib. Xatırladaq ki, ilin əvvəlində də "AL Market" mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandırdıracağı ilə bağlı məlumat yayılmışdı.
    Click here to Read more
    Prev Article
    "Amazon"un pilotsuz taksi şirkəti "Zoox" qəza səbəbi ilə geri çağırıldı
    Next Article
    Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment