Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın turizm imkanları Qazaxıstanda təbliğ edilib

    3 hours ago

    Finss.az - Mayın 15-də Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Atırau şəhərində Atırau–Bakı–Atırau birbaşa aviareyslərinin açılışına həsr edilən tədbirdə təqdimat keçirib. Tədbir çərçivəsində ATB nümayəndəsi tərəfindən keçirilən təqdimatda son dövrlərdə Qazaxıstandan artan maraq nəzərə alınaraq sağlamlıq turizmi, aktiv səyahət, festivallar, konsertlər, eləcə də işgüzar tədbirlər (MICE) və qolf turizminin tanıtımına dair məlumat verilib. 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayında 18% artım müşahidə olunduğu bildirilib. Tədbirdə həmçinin “Air Astana” aviaşirkəti, Azərbaycanın "Azertour” turizm şirkəti və “TABIA Group”un nümayəndələri təqdimat keçiriblər Qeyd edək ki, 31 may tarixindən etibarən başlayacaq yeni reys həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Hazırda isə Astana, Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlara mövcuddur. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Atası ilə qardaşını yanğından xilas etmək istədi, həyatından oldu
    Next Article
    Urals nefti 50 dollardan aşağı düşüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment