Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "AzerGold" səhmlərinin dəyəri 5 dəfəyə yaxın artıralacaq

    11 hours ago

    "AzerGold"un nizamnamə kapitalı artırılır Valyuta.az xəbər verir ki, "AzerGold" QSC-nin nizamnamə kapitalının 216,3 milyon manat artırılması nəzərdə tutulur. Bu artımla şirkətin kapitalı hazırkı 62 milyon manatdan 278,3 milyon manata çatdırıla bilər. Bu isə nizamnamə kapitalında təxminən 4,5 dəfəlik artım deməkdir. Məlumata görə, kapital artımı səhmdar cəmiyyətinin dövriyyədə olan 2 milyon ədəd səhminin nominal dəyərinin 31 manatdan 139,15 manata yüksəldilməsi hesabına həyata keçiriləcək. Nəzərə çatdıraq ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. “AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Sərvanə Rəmixanova 
    Click here to Read more
    Prev Article
    2026 Model Jeep Compass Tanıtıldı: Artık Elektriklisi de Var!
    Next Article
    Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment