Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "AzerGold"un nizamnamə kapitalı 5 dəfəyə yaxın artırılır

    1 week ago

    "AzerGold" QSC-nin nizamnamə kapitalının 216,3 milyon manat və yaxud 4,5 dəfə artırılaraq 62 milyon manatdan 278,3 milyon manata çatdırılması planlaşdırılır. "Report"un əldə etdiyi məlumata görə, kapital artımı səhmdar cəmiyyətinin dövriyyədə olan 2 milyon manat ədəd səhminin nominal dəyərinin 31 manatdan 139,15 manata çatdırılması hesabına baş tutacaq. Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.  
    Click here to Read more
    Prev Article
    Mayın 3 günü ilə bağlı XƏBƏRDARLIQ - Yerə düşə bilər
    Next Article
    AK rəhbəri Ukraynanın Aİ-yə üzvlüyünü sürətləndirməyə çağırıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment