Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

    10 hours ago

    2025-ci ilin mayında keçirilən "Berkshire Hathaway" şirkətinin illik yığıncağında milyarder Vorren Baffet yalnız təqaüdə çıxacağını elan etməklə kifayətlənməyib, həm də şəxsi tövsiyəsini paylaşıb - "Becoming Katharine Graham" adlı sənədli filmi izləməyi məsləhət görüb.  Valyuta.az xəbər verir ki, bu barədə CNBC xəbər yayıb. "Becoming Katharine Graham" filminə baxın, siz heyrətamiz bir hekayə görəcəksiniz", deyə Baffet bildirib və filmin istehsalına maliyyə baxımından heç bir marağının olmadığını vurğulayıb. "Fikrimcə, hər bir amerikalı vətəndaş bu filmi izləməlidir", deyə o əlavə edib. Film "The Washington Post" qəzetinin əfsanəvi nəşriyyatçısı və "Fortune 500" siyahısında ilk qadın baş direktor olan Ketrin Qrehemin həyatı və karyerasından bəhs edir. Məhz onun rəhbərliyi dövründə qəzet "Pentaqon sənədləri" və "Uotergeyt işi" ilə bağlı məlumatları ifşa edib. Uorren Baffetin Qrehemlə yaxın əlaqələri olub. O, 1973-cü ildə "The Washington Post Company" şirkətinə 11 milyon dollar sərmayə yatırıb. "Şirkət ciddi şəkildə dəyərindən aşağı qiymətləndirilib", deyə Baffet həmin vaxt Qrehemə yazıb və ona rəhbər kimi dəstəyini bildirib. Baffet 2011-ci ilə qədər - təxminən 40 il ərzində şirkətin direktorlar şurasında çalışıb. Filmdə Ketrin Qrehem belə xatırlayır: "Bu, sanki Uorren Baffetlə birlikdə biznes məktəbində oxumaq kimi idi". 2013-cü ildə keçirilən yığıncaqda Baffet vurğulamışdı: "İnkişaf doğru istiqamətdə gedir... Amma istəyirəm ki, bu istiqamətdə hərəkət davam etsin və daha da sürətlənsin". Bu sözlərlə o, qadınların biznes rəhbərliyində artan iştirakına diqqət çəkmişdi. "Fortune 500" siyahısında qadın baş direktorların sayı 2013-cü ildəki 20 nəfərdən 2024-cü ildə 52 nəfərə yüksəlib. Paşa Məmmədi  
    Click here to Read more
    Prev Article
    TikTok'tan Gençlerin Ekran Süresini Azaltmak İçin Yeni Hamle: Uygulamadan Meditasyon Yaptıracak!
    Next Article
    Mourinyo "Fənərbağça"dan gedir: bu yığmanı çalışdıracaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment