Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakı Fond Birjasında “IFRS Dayanıqlı İnkişaf və İqlim barədə Hesabatlılıq Standartları” mövzusunda seminar keçirilib

    1 day ago

    Finss.az - 30 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının təşkilatçılığı ilə real sektorun nümayəndələri üçün "IFRS Dayanıqlı İnkişaf və İqlim barədə Hesabatlılıq Standartları" mövzusuna dair seminar keçirilib. Hazırda qlobal bazarlar dayanıqlıq və iqlimlə bağlı maliyyə açıqlamalarına daha çox üstünlük verir və Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) S1 və S2 üçün yeni meyarlar müəyyən edir. 25 illik beynəlxalq təcrübəyə malik İqlim Dəyişikliyi və Davamlılıq üzrə Baş Ekspert Marina Olşanskaya iştirakçılara bu standartların Azərbaycanın iqtisadi landşaftında tətbiqi ilə bağlı və şirkətlərə etibarlılığı artırmağa, investisiya cəlb etməyə və iqlimlə bağlı riskləri düzgün idarə etməyə kömək edən praktiki biliklər təqdim edib. Seminarda Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında maliyyə və ya qeyri-maliyyə hesabatları ilə məşğul olan davamlılıq, maliyyə, audit və ESG ekspertləri iştirak edib. Sonda iştirakçıların təlimçi ilə birgə investisiyaların cəlb edilməsi üçün IFRS hesabatlarının müxtəlif aspektlərini müzakirə etmək üçün sual-cavab sessiyası aparılıb.  Bakı Fond Birjasının məqsədi şəffaflığı, icra mexanizmini gücləndirərək və maliyyə hesabatı standartlarını təkmilləşdirərək, investorlar üçün əlverişli, onların etibarı və inamı üzərində qurulmuş maliyyə mühiti yaratmaqdır. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Kiçik və orta sahibkarlıq üçün 1,000,000 AZN-ə qədər kredit imkanları
    Next Article
    Hindistan və Pakistan ordularının gücü – STATİSTİKA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment