Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda 2 ildir bağlı olan bu bank fəaliyyətini bərpa etdi

    1 day ago

    Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib. Bu barədə filialdan məlumat verilib. Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında Filialda yoxlamalara başlayıb. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB sədri Taleh Kazımov bununla bağlı açıqlamasında bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək". ©apa
    Click here to Read more
    Prev Article
    102 nəfər işə götürüldü, 245 nəfər də işlə təmin ediləcək
    Next Article
    Kamran Əliyev yenidən Baş prokuror oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment