Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

    7 minutes from now

    Bu gün Bakıda ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq təşkil olunub. Valyuta.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, VI siniflərdə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb. Paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb. VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 180 dəqiqə vaxt verilib. Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Qeyd edək ki, 17-18 may 2025-ci il tarixlərində keçirilmiş monitorinqlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə IV və VI siniflər üzrə ümumilikdə 7 200-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib. Monitorinqin nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
    Click here to Read more
    Prev Article
    iPhone 17 Air'ın Ağırlığı, Bataryası ve Kalınlığı Belli Oldu: Samsung Galaxy S25 Edge'le Kıyasıya Kapışacak!
    Next Article
    Dünyanın ən bahalı şorbası - 10 000 dollar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment