Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda bahalı mənzillərin qiyməti 15%-ə qədər artıb

    9 hours ago

    Bakı şəhərinin bahalılıq dərəcəsinə görə mənzillərin qiymət dinamikası fərqli olub. Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib. Bildirilib ki, bahalı mənzillər (yüksək səviyyəli, şəhər mərkəzində yerləşən, kvadratmetri 2500 AZN-dən yuxarı olanlar) son dövrdə daha yüksək artım tempi nümayiş etdiriblər. Məsələn, 2022-ci ildə bahalı mənzillərin orta qiyməti 3079 AZN/kv.m olub və illik artım tempi 4,34% təşkil edib. Halbuki ucuz mənzillər (adətən kənar ərazilərdə, kvadratmetri 1500 AZN civarında olanlar) üzrə orta qiymət 1336 AZN/kv.m olmaqla, illik artım cəmi 1,14% səviyyəsində qeydə alınıb. 2024–2025-ci illər üzrə aparılan təhlillər göstərir ki, bu tendensiya daha da güclənib. Belə ki, mərkəzdə yerləşən elit yeni tikililərdəki mənzillərin qiymətləri təqribən 15%-ə qədər artdığı halda, ucuz seqmentdə (köhnə binalar, şəhər kənarındakı ərazilər) artımlar 5–10% intervalında qalıb. Misal üçün, “MBA Group”un təhlilinə görə, 2025-ci ilə bir il ərzində yeni tikililərdə (bahalı seqment) qiymətlər 14,9%, köhnə tikililərdə (nisbətən ucuz seqment) isə 11,3% artıb. Bu da tələb artımının əsasən bahalı mənzillərə yönəlməsi və həmin seqmentdə bazarın daha aktiv olması ilə əlaqələndirilir. Həmçinin vurğulanıb ki, investisiya məqsədilə alınan mənzillər də əsasən bahalı yeni tikililərdir – hətta bəzən inşaatın erkən mərhələsində olan (“kotlovan”) layihələr belə hazır binalardan 5–18% daha yüksək qiymətə alıcı tapır. Bu yeni tendensiya onu göstərir ki, investorlar gələcəkdə daha baha satmaq ümidi ilə əvvəlcədən bahalı seqmentə kapital yönəldir və nəticədə lüks mənzillərin qiymət dinamikası sürətlənir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Çin iqtisadi siyasətində qeyri-müəyyənlik artır
    Next Article
    Tural Piriyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment