Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü-VİDEO

    2 minutes from now

    Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb. Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü. Sürücülər bildirirlər ki, ötən gün də həmin çuxura digər minik avtomobili düşüb. Onlar deyirlər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.
    Click here to Read more
    Prev Article
    Four things you need to know about UK-India trade deal
    Next Article
    ​Məkətəbəqədər təhsil müəssisələri ilə bağlı 9,7 milyonluq tender

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment