Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda evlər buna görə bahalaşır

    10 hours ago

    2020-ci ildən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı inşaat işlərinə başlanması nəticəsində əsas inşaat materiallarının qiymətində ciddi artım baş verdi. Bu isə tikinti şirkətlərinin qiymətləri artırmasına səbəb oldu. Valyuta.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Ekspert əlavə edib ki, şəhər ərazisində yeni tikinti layihələrinə verilən icazələrin azalması da bazarda rəqabəti zəiflədir: "İcazələrin məhdudlaşdırılması nəticəsində tikinti şirkətləri arasında rəqabət azalır, bu da qiymət artımına yol açır. Hazırda bünövrədən başlayan yeni tikililərin sayı çox azdır. Satışda mənzil qıtlığı var və bu da bazarı bahalaşdırır. Dörd il ərzində qiymətlərdə 55 faizə qədər artım müşahidə olunub". E.Azadov hesab edir ki, vəziyyətin stabilləşməsinə dövlətin müvafiq qurumları nəzarət etməlidir: "Xüsusilə Şəhərsalma və Arxitektura Komitəsi ikinci dərəcəli tikinti şirkətlərinə daha çox icazə verməlidir. Əgər bu şirkətlər bazara daxil olsa, rəqabət artar və qiymətlərdə sabitlik yaranar. Hazırkı vəziyyət mənzil bazarında yeni mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün ciddi çətinliklər yaradır və yaxın dövrdə ciddi dəyişiklik gözlənilməyəcək".
    Click here to Read more
    Prev Article
    Elektrik enerjisindən gəlirlər azaldı
    Next Article
    Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment