Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda mənzil qiymətləri rayonlardan çox, məsafəyə görə dəyişir

    1 hour ago

    Bakı şəhərində mənzil bazarının qiymət səviyyələri təkcə rayonlar üzrə deyil, həm də şəhər mərkəzinə yaxınlıq dərəcəsinə görə kəskin fərqlənir. Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib. Ən ucuz mənzillər əsasən şəhər ətrafı və yarımkənar ərazilərdə yerləşir. Statistikaya əsasən, Suraxanı rayonunda orta qiymət cəmi 1836 AZN/kv.m, Xəzər rayonunda isə 1913 AZN/kv.m civarındadır. Digər kənar rayonlardan Sabunçuda isə orta qiymət 2226 AZN/kv.m təşkil edir. Mütəxəssislər bu fərqləri əsasən rayonların: Coğrafi yerləşməsi İnfrastruktur səviyyəsi Mənzillərin texniki vəziyyəti və keyfiyyəti ilə əlaqələndirirlər. Şəhər mərkəzinə yaxın, metrostansiya, park və ticarət mərkəzləri ilə zəngin ərazilərdə mənzil qiymətləri daha yüksək formalaşır. Nəsimi və Səbail kimi mərkəzi rayonlarda elit binalarda kvadratmetr qiyməti 5000–7000 AZN arasında dəyişən mənzillərə rast gəlmək mümkündür. Əksinə, kənar qəsəbələrdə və mikrorayonlarda isə daha çox 1000–1500 AZN/kv.m aralığında olan çoxlu sayda mənzil təklifi mövcuddur. Bu tendensiya bazarda alıcıların büdcə və tələblərinə uyğun fərqli seqmentlərə yönəlməsinə şərait yaradır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Altayda avtobus qəzaya uğradı – 6 nəfər xəsarət aldı
    Next Article
    Təkcə dərsin yox, vicdanın da zəngini çalmaq vaxtıdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment