Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda təkrar mənzil bazarında alqı-satqı həcmi 15–20% artıb

    4 hours ago

    2024-cü ilin aprel ayından 2025-ci ilin eyni dövrünə qədər olan müddətdə Bakı şəhərinin təkrar mənzil bazarında əhəmiyyətli qiymət artımı və struktur dəyişiklikləri müşahidə olunub. Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib. Statistik göstəricilərə əsasən, ötən bir il ərzində təkrar mənzil bazarında qiymətlər orta hesabla 10–15% bahalaşıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2025-ci ilin ilk rübündə mənzil qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% artım göstərib. Təhlillər göstərir ki: Yeni tikililərdə illik qiymət artımı 10–15% intervalında olub, Köhnə tikililərdə isə bu artım 9–12% civarında dəyişib. Bununla yanaşı, bazarda təklif həcmi də 15–20% artıb, yəni alqı-satqı üçün bazara daha çox mənzil çıxarılıb. Xüsusilə, 2024-cü ilin ilk yarısında notariat qaydalarının sərtləşməsi səbəbilə müşahidə olunan durğunluq, ilin ikinci yarısından etibarən aradan qalxıb və bazarda aktivlik xeyli artıb. Nəticə etibarilə, 2025-ci ilin aprel ayında bazarda həm qiymətlər, həm də alqı-satqı həcmləri əvvəlki ilin eyni dövrünə nisbətən daha yüksək olub. Ekspertlər bu tendensiyanı bazarın durğunluq mərhələsindən çıxaraq yenidən bahalaşma dövrünə keçməsi kimi qiymətləndirirlər. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    “ChatGPT” dünyada ən çox ziyarət edilən beşinci sayt olub
    Next Article
    Россияне рассказали о мотивации работать продуктивно

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment