Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda yeni tikililərdə qiymət artımı 15%, köhnə mənzillərdə 11% olub

    21 hours ago

    Bakıda təkrar mənzil bazarında yeni və köhnə tikililər üzrə qiymət səviyyələri arasında əhəmiyyətli fərqlər müşahidə olunur. Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib. Məlumata görə, 2025-ci ilin əvvəlində yeni tikililərdə 1 kvadrat metr üçün orta qiymət köhnə binalara nisbətən daha yüksək olub. Bəzi məlumatlara görə, bu göstərici yeni tikililər üçün orta hesabla 2167 AZN/kv.m, köhnə tikililər üçün isə təxminən 1800–1900 AZN/kv.m civarında dəyişib. Bu fərqin yaranmasında bir neçə amil rol oynayır. İlk növbədə, yeni binalar daha müasir infrastruktur və yaşayış şəraiti ilə seçilir, eyni zamanda alıcıların tələbatı da bu mənzil kateqoriyasına yönəlir. Digər tərəfdən, köhnə binaların bir hissəsində – xüsusilə istismar müddəti uzun olan binalarda – ipoteka ilə satış imkanlarının məhdud olması həmin mənzillərin qiymət artımını ləngidir. Mütəxəssislərin bildirdiyinə görə, bu səbəbdən 2024–2025-ci illər ərzində təkrar bazarda yeni tikililərin qiymətləri köhnə mənzillərlə müqayisədə daha sürətlə artıb. Belə ki, yeni tikililərdə illik qiymət artımı təxminən 14–15%, köhnə tikililərdə isə 10–11% səviyyəsində qeydə alınıb. Qiymət dinamikasındakı bu fərqlər, gələcəkdə də yeni tikililərin bazarda üstünlük təşkil etməyə davam edəcəyini göstərir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Bakıda satılan mənzillərin orta sahəsi 93 kv.m olaraq qalır
    Next Article
    AB Şirketleri, Google’a 12 Milyar Avroluk Antitröst Tazminatı Davası Açtı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment