Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı

    14 hours ago

    Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb. Valyuta.az "APA"ya istinadən xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq. Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur. Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.
    Click here to Read more
    Prev Article
    İcra hakimiyyəti bu şirkətdən yarım milyonluq texnika alır
    Next Article
    Demir Ege Tıknaz, Rio Ave'de ayın oyuncusu!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment