Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakının bu ərazisində bulvar salınacaq

    1 day ago

    Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir. Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək. Bakı Abadlıq Xidməti ərazidə əsaslı və planlı təmir işlərinə başlayıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Bu isə havadakı üfunəti məhv edərək natəmizliyin və həşəratların kökünü kəsib. Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib. Yaxın zamanda su həmin magistralla xüsusi su təmizləyici qurğuya töküləcək. Bu, Suraxanı rayonunda ilk su təmizləyici qurğu olacaq. Fasiləsiz işləyən qurğu çirkli suyu təmizləyib gölə vuracaq. Yerdə qalan çirkab isə Hövsan anbarına yığılacaq, sonra da maşınlarla başqa yerə daşınacaq. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə, Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
    Click here to Read more
    Prev Article
    10-11-ci siniflər üçün 767 min manatlıq dərslik nəşr ediləcək
    Next Article
    Dələduzluq edən "vəzifəli şəxs"tutuldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment