Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bank hesabın açılması üçün vətəndaşdan qohumları ilə ofisə gəlməyi tələb edib - Bu qanunidirmi?

    15 hours ago

    Banklar, dələduzluq hallarından müştəriləri qorumaq məqsədilə dondurulmuş hesabların açılması üçün vətəndaşlardan qohumları ilə birlikdə ofisə gəlmələrini tələb etməyə başlayıb. Valyuta.az bu barədə "İzvestiya" qəzetinə istinadla məlumat verir. "Alfa-bank"ın müştərisi, Moskva sakini Anjela məqsədsiz kredit rəsmiləşdirib və vəsaiti başqa hesaba köçürməyə cəhd edib. Lakin bank kreditlə bağlı suallardan sonra əməliyyatı dayandırıb və onun hesabına çıxışı dondurub. Hesabın yenidən aktivləşdirilməsi üçün o, filialda oğlunun iştirakı ilə müraciət etməli olub. "Maliyyə savadlılığının inkişafı assosiasiyası" bu cür halların - yəni hesabların dələduzluqdan qorunmaq məqsədilə bloklanmasının - mövcud olduğunu təsdiqləyib. Ekspert Pavel Nikitin bildirib ki, bu tədbirlər müəyyən hallarda, xüsusən də pensiya yaşlı müştərilər üçün əsaslı ola bilər. Hüquqşünas İlya Vasilçukun sözlərinə görə, son vaxtlar kredit təşkilatları müştərinin iradəsinin sərbəstliyini yoxlamaq məqsədilə yaxın qohumla birlikdə ofisə gəlməyi tələb etməyə başlayıblar. "Akkademiya Konstanta"nın təsisçisi Polina Lebedeva isə bu addımı "anti-fraud" (dələduzluğa qarşı) tədbirlərin tətbiqində ifrat hal kimi qiymətləndirib. Ekspert qeyd edib ki, banklar, yəqin ki, məsuliyyətdən yayınmaq məqsədilə həddindən artıq təşəbbüskarlıq göstərir və müəyyən olunmuş çərçivədən kənara çıxan tədbirlər görürlər. O əlavə edib ki, heç bir qanun kredit təşkilatlarına müştəridən qohumunu özü ilə gətirməyi tələb etmək hüququ vermir. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Nazirlikdən bu şirkətə 3 milyonluq dərslik sifarişi
    Next Article
    Türkiye Kupası Finali ATV'de | Galatasaray - Trabzonspor maçında ikinci yarı golle başladı! (CANLI)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment