Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bank kartımızı blokda saxlasaq, xakerlər pulumuzu oğurlaya bilməz? - EKSPERT

    12 hours ago

    Bəzi insanlar var ki, onlar pullarının oğurlanmaması üçün artıq kartda pul saxlamır, pulu nağd saxlamağa üstünlük verirlər. Sadəcə alış-veriş edəcək, ona lazım olacaq qədər kartlarında pul saxlayırlar. Bəzi insanlar da var ki, kartı blokda saxlayır. Lazım olduğu qədər puldan istifadə etdikdən sonra kartını bloka atır. Kartı blokda saxlamaq pullarımızı qorumaq üçün necə üsuldur? FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirdi ki, kart bloka salınırsa, bu zaman həmin kartdan vətəndaşın özü belə əməliyyat apara bilməz. "Belə olduqda bu hal müəyyən təhlükələrin qarşısını alır. Yəni, dələduzlar və ya başqa kimsə kartdan istifadə edə bilmir". Tam olaraq da qarşısını aldığını deyə bilmərik  Xəyal Məmmədli deyir ki, kartı blokda saxlamaq tam olaraq da oğurluq hallarının qarşısını almır. Mobil telefondan oğurluq halları baş verəndə, dələduzlar mobil telefona bu və ya digər yollarla daxil ola bilirlərsə, onlar artıq bütün imkanları ələ keçirmiş olurlar. Telefona daxil olan dələduzlar kartı blokdan da çıxarıb əməliyyat apara bilərlər. Amma ümumi götürsək, kartda az pul saxlamaq və yaxud da pul saxlanılan kartın bloklanması təhlükəsizliyi artırır". Sərvanə Rəmixanova 
    Click here to Read more
    Prev Article
    İxtisar dalğası "Microsoft" işçilərini də ağuşuna aldı - 6 000-dən çox işçi ixtisar ediləcək
    Next Article
    Dünyanın ən varlı cinayətkarları - Qanunsuz gəlirlərlə qurulan imperiyalar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment