Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Baş Dövlət Yol Polisi İdarəsindən səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

    9 hours ago

    "Sinoptiklərin məlumatına əsasən, hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında yağışlı hava şəraiti hökm sürür ki, bu da yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunur". Valyuta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar: "BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir".
    Click here to Read more
    Prev Article
    Azərbaycanda ŞOK ƏMƏLİYYAT: Casus tələbələr ələ keçdilər - Prorektoru da zəhərləmək istəyiblər
    Next Article
    Hərbçimiz vəfat edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment