Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Batareyaları zibil qutusuna atmaq çox təhlükəlidir" - Ekspert

    12 hours ago

    Zaman-zaman insanların batareyaları ümumi zibil qutularına atdığını görürük.  Bu, çox təhlükəli olmasına baxmayaraq, bir çox insan səthi yanaşır. Sonda isə ciddi fəsadlara yol açır. Təsadüfi deyil ki, bir çox yanğın və partlayışa məhz batareyalar səbəb olur. Xüsusilə saat və ya telefon batareyalarının zibil qutularına atılması halları ilə daha çox qarşılaşırıq.  Ümumiyyətlə, batareyaları zibil qutusuna atmaq hansı təhlükələrə səbəb ola bilər?  Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlama verib. O bildirib ki, saat və ya telefon batareyalarını ümumi zibil qutularına atmaq olmaz: "Onları yalnız xüsusi ayrılmış zibil qablarına atmaq lazımdır. Buna görə də istər iş yerlərində, istərsə də fərdi yaşayış evlərində onlar üçün ayrıca zibil qabı olmalıdır. Ümumiyyətlə, batareyaları digər məişət tullantıları ilə qarışdırmaq təhlükəsizlik baxımından yolverilməzdir.  Çünki bu cür batareyalar əlverişsiz şəraitdə kimyəvi reaksiyaların təsiri nəticəsində təhlükələrə səbəb ola bilər. Yəni üzərinə digər kimyəvi tullantılar düşməsi nəticəsində reaksiyanın getməsi mümkündür. Bunun nəticəsində isə yanğın baş verə bilər. Buna görə də saat və ya telefon batareyalarını atarkən ehtiyatlı olmaq, yalnız müvafiq zibil qutularına atmaq çox vacibdir".  Pərviz
    Click here to Read more
    Prev Article
    Bu ödənişlər yalnız nağdsız olacaq
    Next Article
    Yeni Zelandiya şəhərlərində güclü daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment