Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

    5 hours ago

    Hər bazar günü çoxumuzun keçirdiyi narahatlıq hissi olur. O narahatlıqlardan biri də “həftə sonu bitəcək və yeni iş həftəsi başlayacaq” düşüncəsidir. Hətta çoxumuz bu fikri düşünməkdən həftə sonumuzu yaxşı keçirə bilmirik. Maraqlıdır, bu düşüncə niyə yaranır? Niyə hər həftə sonu eyni düşüncə bizi dönə-dönə narahat edir? Valyuta.az xəbər verir ki, bu hiss “Bazar günü narahatlığı” adlanır. “Bazar günü narahatlığı” (Sunday Scaries) yeni iş həftəsinin başlamasından əvvəl, xüsusilə bazar günü axşam saatlarında hiss edilən psixoloji gərginlik, anticipator narahatlıq və stres halıdır. Bu vəziyyətin əsas səbəbi qarşıdakı günlərdə gözlənilən tapşırıqlar, sosial öhdəliklər və qeyri-müəyyənlikdir. Araşdırmalar göstərir ki, bazar gününün son saatlarında, xüsusi ilə axşam saatlarında stress hormonu olan kortizol səviyyəsi artmağa başlayır. Bu artım orqanizmin iş rejiminə keçidinə fizioloji hazırlığı göstərsə də, psixoloji olaraq narahatlıq və yuxusuzluğa səbəb ola bilir. 2008-ci ildə aparılmış araşdırmalara əsasən, bazar günü axşam yaşanan anticipator narahatlıq REM yuxusunun keyfiyyətini azaldır. Bu da bazar ertəsi səhər kognitiv funksiyaların zəifləməsi ilə nəticələnir. Yəni insan səhər oyandıqda diqqətini toplamaq, düşünmək və qərar vermək kimi zehni bacarıqlarında müvəqqəti çətinlik yaşayır. Bazar günü beynin amigdala bölgəsində gələcək hadisələrə qarşı daha yüksək aktivlik müşahidə olunur. Məsələn, bazar ertəsi işə qayıdış, tapşırıqlar, rəhbərlə ünsiyyət və ya performans təzyiqi kimi amillər haqqında düşünmək, amigdalada (beynin qorxu və təhdid mərkəzi) aktivliyi artırır, bu da narahatlıq və stress hissini gücləndirir. Şənbə günü istirahətdən sonra, bazar gününün ikinci yarısı isə insan beyni təkrar “performans rejiminə” keçməyə çalışır. Bu keçid zamanı kortikal aktivlik artır, lakin bu eyni zamanda emosional gərginlik doğurur. Bu narahatlıq ən çox hansı işçilərdə müşahidə olunur? Bu narahatlığı yaşayanlar arasında gənc işçilərə çox rast gəlinir. Buna səbəb həftəlik tapşırıqlarla bağlı qeyri-müəyyənlik və təcrübə çatışmazlığı olur. Uzaqdan işləyənlər, iş və şəxsi həyat arasında balansı qoruya bilməyənlər də bazar gününün bitməsindən qorxur, narahatlıq duyur. “Bazar günü narahatlığı” yaşayan qruplardan biri də perfeksionist olan işçilərdir. Bu insanların özlərindən yüksək gözləntiləri, özünü qiymətləndirmə problemləri olduğu üçün yeni iş həftəsinə gərgin başlayırlar.  “Bazar günü narahatlığı”ndan necə xilas ola bilərik? Bu narahatlığı ən azından azaltmaq üçün həftəlik planlaşdırmanı bazar günü yox, cümə günü etmək olar. Bu halda şənbə və bazar günləri daha az narahatçılıq və təlaşla keçə bilər. Bundan əlavə, yüngül fiziki fəaliyyət - bazar günü axşam 20-30 dəqiqəlik gəzişmələr və ya yoga məşqləri də narahatlığı azaltmağa kömək edir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Argentinada daşqınlar səbəbindən 7 mindən çox sakin təxliyə olunub
    Next Article
    Beşiktaş'ta ilk transfer için anlaşma tamam! Genç yıldız, Kartal oluyor...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment