Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir? — VİDEO

    1 week ago

    Son günlər sosial şəbəkədə sürücülər məntəqələrdə yanacağın aşağı təzyiqlə vurulmasını tələb etdiklərini bildiriblər. Bəs yanacaq sürətlə vurulanda həqiqətənmi çən köpüklə dolur? Valyuta.az Xəzər TV-yə istinadən məlumat verir ki, avtomobillərin yanacaq sistemləri üzrə mütəxəssis Pərviz İsmayılov bildirib ki, görüntülər yanacaqdoldurma avadanlığının reklamı ilə bağlı çəkilib. Yəni "yanacaq yüksək təzyiqlə vurularsa, çənə daha az yanacaq dolar" yanaşması reallığı əks etdirmir. İddialardan biri də yanacağın doldurulma sürətinin çəndəki çöküntüləri qaldırması ilə bağlıdır. Bildirilib ki, bu həm də avtomobilin yanacaq sisteminə ciddi ziyan vurur. Pərviz İsmayılovun sözlərinə görə, yanacağın doldurulma sürəti əksər avtomobillərdə çəndəki çöküntüləri qaldıracaq səviyyədə olmur. Buna səbəb isə avtomobilin yanacaq sisteminin quruluşudur. Mütəxəssis onu da əlavə edib ki, yanacaqların təmizliyi "YDM"lərin qurğularındakı süzgəclərin vaxtında dəyişdirilməsindən asılıdır. Ətraflı süjetdə:
    Click here to Read more
    Prev Article
    “Azərenerji”nin 1,4 milyonluq tenderi niyə ləğv edilib?
    Next Article
    “Azpromo”ya məxsus "Mitsubishi Lancer" 2 400 manata satıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment