Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Beyləqanın icra başçısı bəzi işçiləri vəzifəsindən azad edib - SİYAHI

    13 hours ago

    Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov bəzi işçiləri vəzifəsindən azad edib. Valyuta.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb. Belə ki, başçının əmrinə əsasən, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mirzəyeva Sona Bəhlul qızı vəzifəsindən azad olunub. Onun yerinə Əsgərov Suliddin Yavər oğlu təyin olunub. S.Əsgərov əvvəllər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Ə.Əzizovun digər əmrilə RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri Balaxanov Nicat Vasif oğlu və Əliyev Cabir Nadir oğlu vəzifələrindən azad ediliblər. Həmin şöbəyə İsrəfilzadə Vaqif İlyas oğlu yeni baş məsləhətçi təyin olunub.  Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Abbasov Rauf Bayram oğlu da vəzifəsindən azad olunub. Bir müddətdir müdiri də olmayan həmin şöbədə təkcə bir işçi qalıb, o da aparıcı məsləhətçi vəzifəsində çalışan Abdullayev Nicat Nadir oğludur.  Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 19 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır.
    Click here to Read more
    Prev Article
    Tüketici güven endeksi yükseldi
    Next Article
    Müflis olan şəxslərə yeni tələb qoyulur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment