Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bəzi insanlar nə üçün doğum günlərini qeyd etmirlər? - MARAQLI SƏBƏBLƏR

    12 hours ago

    "Bəzi insanlar doğum günlərini ya ümumiyyətlə qeyd etmək istəmirlər, ya da sadəcə ailə arasında keçirirlər".  Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bunun bir neçə səbəbi var: "Bəzi insanlar başqaları tərəfindən çox görünməyi və göz önündə olmağı sevmirlər. Buna görə də öz doğum günlərini sadəcə ailə üzvləri ilə məhdud tərkibdə keçirmək istəyirlər. Bir növ diqqət mərkəzində olmağı sevmədikləri üçün doğum günlərini yaxınlarının əhatəsində qeyd edirlər. Yəni bu özəl günlərini insanların əhatəsində deyil, öz dairələri daxilində keçirməyi üstün tuturlar".  Psixoloq digər səbəblərdən də söz açıb: "Böyük ehtimalla, həmin şəxslər sürprizləri də sevmədikləri üçün doğum günlərində öz əhatə dairəsindən kənara çıxmaq istəmirlər. Nəzərə almaq lazımdır ki, uşaqlıq vaxtlarında yaşadıqları hansısa travmatik hadisəyə görə də bu addımı atan insanlar var. Yəni hansısa doğum günündə yaşadığı bir travmatik hadisə ona bir ömür boyu təsir edir. Nəticədə, o hekayənin təsirindən çıxa bilmədiyi üçün doğum günlərini qeyd etmirlər". Nabat Mirzəyeva vurğulayıb ki, səbəblər hər insana görə dəyişir: "Hər bir insan fərqli səbəbə görə bu addımı ata bilər. Məsələn, bəzi şəxslər də doğum günlərini yaşlarının qocalmağa doğru gedən faktor kimi hiss edə bilirlər. Yaşlandıqca özlərinə qapandıqarına görə bu özəl günü keçirmək düşüncəsindən uzaq olurlar. Bəzi insanlar isə doğum gününü adi bir gün hesab edirlər. Ona görə də doğum günlərini qeyd etmirlər. Yəni səbəblər müxtəlifdir". Pərviz
    Click here to Read more
    Prev Article
    Bakı-Moskva reysləri təxirə salındı
    Next Article
    Xalq artistinə Heydər Əliyev Mükafatı verildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment