Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bəzi məhkəmələrə sədr və müavinlər təyin edildi

    22 hours ago

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə: 1.1. Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin; 1.2. Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin; 1.3. Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin; 1.4. Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin; 1.5. Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin; apellyasiya məhkəmələri üzrə: 1.6. Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin; 1.7. Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin; 1.8. Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin; 1.9. Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin; 1.10. Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin; 1.11. Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin; 1.12. Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin; inzibati məhkəmələr üzrə: 1.13. Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilsin; 1.14. Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri təyin edilsin; 1.15. İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri təyin edilsin; 1.16. Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri təyin edilsin; kommersiya məhkəmələri üzrə: 1.17. İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri təyin edilsin; 1.18. Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilsin; 1.19. Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri təyin edilsin; 1.20. Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilsin; rayon (şəhər) məhkəmələri üzrə: 1.21. Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilsin; 1.22. Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    Click here to Read more
    Prev Article
    Çingiz Əsgərov Ali Məhkəmə sədrinə müavini təyin edildi
    Next Article
    Avropa dron istehsalı startaplarına milyardlarla dollar yatırır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment