Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Birinin bank kartından 12 000, birindən 8 manat oğurlandı

    12 hours ago

    Vətəndaşların bank kartlarından mayın 7-də 30 min manatdan çox pul oğurlanıb.  Valyuta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda gələn hər zəngə və mesaja qarşı diqqətli olmaq, bank kartı məlumatlarını paylaşmamaq tövsiyə olunub: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar". Məlumatda qeyd edilib ki, mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb: "Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
    Click here to Read more
    Prev Article
    Naxçıvanda pensiyalar ödənildi
    Next Article
    Kapital Bank-ın 30 000 000 manat həcmində istiqrazına abunə yazılışı başladı®

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment