Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Bitcoin" sürətli yüksəlir... - Mütəxəssislər yeni hədəf qiyməti açıqladı

    1 week ago

    ABŞ prezidenti Donald Trampın ticarət münaqişələri ilə bağlı daha yumşaq bəyanatları kriptovalyuta bazarında "Bitcoin"in qiymətini yüksəltməyə başlayıb. Valyuta.az xəbər verir ki, kriptovalyuta bazarlarında güclü artım müşahidə olunur. Rəqəmsal aktivlərdəki bu yüksəliş ABŞ dollarının zəifləməsi, ABŞ-Çin qarşıdurmasına dair ABŞ maliyyə naziri Skott Bessentin müsbət şərhləri və eyni zamanda artan institusional tələblə əlaqələndirilir. Trampın Çinə tətbiq edilən 145 faiz gömrük rüsumlarının aradan qaldırıla biləcəyinə dair açıqlamaları bazarlarda pozitiv əhval yaradıb. "Coinmarketcap"ın məlumatına görə, "Bitcoin" 6,65 faiz artaraq 93 min 847 dollara çatıb. "Bitcoin"in ümumi bazar dəyəri təxminən 1,85 trilyon dollar təşkil edib və son 24 saat ərzində 56,5 milyard dollar dəyərində "Bitcoin" əməliyyatı aparılıb ki, bu da 50 faizdən çox artım deməkdir. Ən böyük kripto aktiv olan "Bitcoin" bu ilin yanvarında əldə etdiyi tarixi maksimum olan 109 min 114 dollardan hələ də təxminən 15 faiz aşağı səviyyədədir. Nə gözlənilir? "Mudrex"in həmtəsisçisi və texniki direktoru Alankar Saksena bildirib ki, əgər alış tərəfi nəzarətdə qalarsa, qiymətin 100 min dollara doğru hərəkəti gözlənilir və dəstək səviyyəsi 88 min dollara qədər yüksəlib. "CIFDAQ Group"un qurucusu və rəhbəri Himanşu Maradiya qeyd edib ki, "Bitcoin"in yüksəlişini dəstəkləyən ABŞ dolları indeksi kripto aktivlər üçün müsbət makroiqtisadi şərait yaradaraq üçillik zirvəyə çatıb: "Bununla yanaşı, Pol Etkinsin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına rəhbər təyin olunması da optimizmi artırıb və daha konstruktiv tənzimləmə yanaşmasına keçidin siqnalı kimi dəyərləndirilir". "Ethereum" da yüksəlişdədir İkinci ən böyük kriptovalyuta olan "Ethereum" 15 faizdən çox artaraq 1816 dollara yüksəlib. "Coinmarketcap"ın məlumatına görə, son 24 saatda "Ethereum"un əməliyyat həcmi 80 faizdən çox artaraq 26,27 milyard dollara, bazar dəyəri isə 220 milyard dollara çatıb. Ən yaxşı digər kripto tokenlər arasında "DogeCoin", "Cardano", "Chainlink", "Avalanche" 10-12 faiz arasında yüksəlib, "XRP" və "Solana" isə hər biri 6-8 faiz arasında artım nümayiş etdirib. Lakin altkoinlərdəki bu artım "Bitcoin"in bazar üstünlüyünü cüzi şəkildə təsirə məruz qoyub və bu xəbərin yazıldığı anda 0,39 faiz azalaraq 63,28 faizə düşüb. Trampın açıqlamaları müsbət təsir edir ABŞ prezidenti Donald Tramp ilə Federal Ehtiyat Sistemi rəhbəri Cerom Pauell arasında gərginliyin azalması daha riskli aktivlərə marağı artırıb. Bessentin, ABŞ və Çin arasında mövcud tarif qarşıdurmasının davamlı olmadığını və yaxın gələcəkdə ticarət sazişinə nail olunacağına dair açıqlamaları da bu pozitiv ab-havanı dəstəkləyib. ABŞ dollarının dəyər itirməsi də "Bitcoin"ə olan marağı artırır. "Delta Exchange"in araşdırma analitiki Riya Sehqal bu kəskin yüksəlişin yalnız texniki impulslarla izah olunmadığını, daha güclü makroiqtisadi göstəricilər və yenilənən institusional maraqla əlaqəli olduğunu bildirib. Sehqal qeyd edib ki, uzunmüddətli investorların davamlı şəkildə yığım etməsi və texniki göstəricilərin əsas dəstək səviyyələrinin üzərində güclənməsi ilə "Bitcoin"in 100 min dollara doğru qətiyyətli hərəkəti mümkündür. Kriptovalyuta bazarının ümumi dəyəri təxminən 7 faiz artaraq 2,94 trilyon dollara çatıb. Son 24 saatda ümumi bazar əməliyyat həcmi 133,51 milyard dollar olub ki, bu da 53,61 faiz artım deməkdir. "Pi42"nin həmtəsisçisi və baş direktoru Avişnaş Şexar qeyd edib ki, kriptovalyuta bazarı Federal Ehtiyat Sistemi ilə bağlı siyasət dəyişikliyi gözləntiləri, "qızıl xaç" kimi texniki siqnallar və artan institusional maraq kimi müxtəlif yüksəliş faktorları ilə güclü artım yaşayır. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    X’ten Tüm Ezberleri Bozacak O Karar Geldi: DM Devri Sona Erecek!
    Next Article
    Türk futbol tarihinde bir ilk: Yunanistan'dan Halil Umut Meler kararı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment