Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Biznesmenin “dilə düşən” danışığı

    9 hours ago

    Zaur Cahangirov          ÜTÜ QRUP-un rəhbəri, natiqlik təlimçisi “Dil” sözü klassik ədəbiyyatda “ürək”, “könül”, “qəlb” mənalarında işlənib. Bir də “dilə düşmək” frazeoloji birləşməsi var. Dilə düşən hörmətini artıra da bilər, itirə də… Biz isə başqa cür “dilə düşmək” istəyirik, yəni qəlbləri fəth edən insan olmağı planlayırıq… Qəlbi, klassik dildə desək, “dil”i  fəth edən uğurlu ola bilir… Bugünkü obrazımızın adı Sərmayədir. Sərmayə biznesmendir. O, danışığıyla, nitqiylə qəlbləri fəth etmək istəyir. Bilir ki, yaxşı danışsa, özünü ifadə etsə, daha xarizmatik olacaq, təsir edəcək, inandıra biləcək. Əksəriyyət Sərmayəni dinləmir. Sərmayə də bununla barışıb. Onun şirkəti əksər tədbirlərdə sponsor olur. Hətta bir neçə dəfə Sərmayəyə çıxış etmək üçün söz vermək istəyiblər. O isə səhnəyə çıxmaqdan qorxub. Düşünüb ki, bu tədbirdən 3-5 nəfər bizimlə maraqlanacaqsa, nitqimlə onları da qaçırmayım… Təəssüf ki, Sərmayə tipli biznesmenlər çoxdur. Bəs niyə “Sərmayələr” dinlənilmir? 1)   Uzun danışırlar… İnsanların vaxtı yoxdur. Özlərini, işlərini ən çoxu 10 cümlədə təsirli şəkildə təqdim etməyi bacarmalıdırlar. Bunun üçün “Elevator Pitch” (Lift Meydançası) texnikası köməklərinə çatacaq. Düşünək ki, birinci mərtəbədən iyirminci mərtəbəyə liftlə qalmırıq və 10 cümlədə 3 sualın cavabını verməliyik: “Mən kiməm? Nə iş görürəm? Auditoriyadakı insanlara nə xeyir verə bilərəm?”. Qısa danışmağı bacaranlar uzun-uzun da fikirlərini bölüşə bilərlər. 2)   Sərmayə monoton danışır. Eyni tonla və asta danışması onu dinləyənlərin hövsələsini daraldır. Bunun üçün Sərmayəyə tövsiyəm fon musiqisi ilə şeirlər oxumasıdır. Həmçinin buna görə nitq təlimçisindən dəstək də ala bilər. 3)   Məzmun keyfiyyətinin aşağı olması. Bu gün deməyə sözümüz olmalıdır. Biznesmen də öz sahəsində olan kitabları mütaliə edərək, filmlər izləyərək bu zənginliyə çata bilər. Məsələn, Sərmayənin mühasibatlıq şirkəti varsa, o, “büdcə defisiti” və ya “büdcə profisiti” anlayışlarını necə hekayələşdirərək danışa biləcəyini öyrənməlidir. 4)   Hekayələşdirmə demişkən, biz insanlara çox bilgi veririk. Artıq hekayə dövrüdür. Onlarda həm görüntünü, həm səsi, həm hissi formalaşdırmalıyıq. Şəxslər slayddan baxdıqları təqdimatda, geyimimizdə, bizim səsimizdə, istifadə etdiyimiz sözlərdə fərqliliyi görməlidir… 5)   Bədən dilinə də toxunmaq lazımdır. Öz xidmətini təqdim edən birinin özünəgüvənsiz duruşu, əllərinin aşağıda olması inanmıram ki, kiminsə diqqətini cəlb eləsin… Bu arada Sərmayə nitqi üzərində işlədikcə artıq “dillərə düşüb”... O dilə yox a, qəlbimizə…
    Click here to Read more
    Prev Article
    Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri saxlanıldı - FOTO
    Next Article
    Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment