Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    BOKT-ların istehlak kreditləri üzrə orta faizi 35% təşkil edib

    4 days ago

    2025-ci il aprel ayının 1-nə Azərbaycanda bank olmayan kredit tәşkilatları (BOKT) tərəfindən milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib. Valyuta.az bu barədə  Azərbaycan Mərkəzi Bankı istinadən xəbər verir. Qeyd edək ki, bu faiz dərəcəsi gündәlik (qısamüddәtli), yaşayış sahәsinin alınması vә tikintisinә verilmiş kreditlәrə aid edilmir. Xatırladaq ki, AMB tərəfindən açıqlanan “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində göstərilib ki, BOKT-ların maliyyələşmə xərcləri banklara nəzərən daha yüksəkdir: “2024-cü ilin sonuna BOKT-lərin öhdəliklərinin 155 mln. manatı bank kreditləri vasitəsilə maliyyələşdirilib ki, bu da cəmi öhdəliklərin 48%- ni təşkil edib. Bank kreditlərinin həcmi 2024-cü ilin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% (18.4 mln manat) artıb. Bank kreditləri bütünlüklə rezident banklardan cəlb edilib. Habelə, banklar tərəfindən ayrılmış kreditlərin 8.1 mln. manatı xarici valyutada olub.BOKT-ların milli valyutada cəlb edilmiş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, habelə qiymətli kağızlar üzrə analoji göstərici rezident və qeyri- rezidentlər üzrə müvafiq olaraq 15% və 13% olmuşdur ki, bu da bankların maliyyələşmə xərclərinə nəzərən daha yüksəkdir”- sənəddə qeyd edilib.
    Click here to Read more
    Prev Article
    Prezident və xanımı Şuşada açılışda iştirak etdi
    Next Article
    Tramp varlılar üçün vergiləri artırmaq istəyir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment