Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    BŞİH-də müşavirə keçirildi, qanunsuz tikililərlə mübarizə müzakirə olundu

    6 hours ago

    Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat xidmətlərinin, paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərləri və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətindən HİT.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işləri, sanitar təmizlik məsələləri, çimərliklərin vəziyyəti və yay mövsümünə hazırlıq məsələləri, qanunsuz tikililərlə mübarizə və şəhərin ümumi görünüşünə xələl gətirən tikililər və digər nöqsanlar müzakirə edilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan inkişaf edir, yeni parklar və yaşıllıqlar salınır, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Bununla yanaşı yerlərdə bəzi sahələrdə nöqsanlar mövcudluğu vurğulanıb, rayonlar üzrə monitoring zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş etdirilib. Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir. .
    Click here to Read more
    Prev Article
    "Bürcləri bu həftə nələr gözləyir?" - Astroloqdan AÇIQLAMA
    Next Article
    10 ilədək müddətli, 5%-dək illik faizli dövlət dəstəklı kreditlər təqdim olunur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment