Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu il Azərbaycan-Vyetnam ticarət dövriyyəsi 127,2 milyon dollar olub

    4 hours ago

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycan ilə Vyetnam arasında ticarət əməliyyatlarının həcmi 127,2 milyon ABŞ dolları təşkil edib. Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 milyon ABŞ dolları və ya 49,8% azalma deməkdir. Bu dövrdə Azərbaycandan Vyetnama 91,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 125,8 milyon ABŞ dolları və ya 57,8% azalmadır. Eyni zamanda, Vyetnamdan Azərbaycana 35,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları baş tutub ki, bu da illik müqayisədə 312 min ABŞ dolları və ya 0,9% azalma deməkdir. 2024-cü il ərzində Azərbaycanla Vyetnam arasında ticarət əməliyyatlarının həcmi 223,9 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilə nəzərən 258,2 milyon ABŞ dolları və ya 53,6% azalma deməkdir. Ötən il Azərbaycandan Vyetnama 78,8 milyon dollarlıq məhsul ixrac edilib, bu isə 2023-cü ilə müqayisədə 267 milyon ABŞ dolları və ya 77,2% azalma göstərir. 2024-cü ildə Vyetnamdan Azərbaycana 145,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2023-cü ildən 8,8 milyon ABŞ dolları və ya 6,5% artım deməkdir. Bundan əlavə, 2024-cü ildə Vyetnam Azərbaycandan ən çox neft alan ölkələr arasında 21-ci sırada yer alıb. Ötən il Azərbaycandan bu ölkəyə 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib, bu isə 2023-cü ilə müqayisədə dəyər ifadəsində 267,6 milyon ABŞ dolları və ya 77,5%, həcm ifadəsində isə 415,9 min ton və ya 75% azalma göstərir.
    Click here to Read more
    Prev Article
    Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO
    Next Article
    Türkiyənin Azərbaycana avtomobil artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment