Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu kişilər 65 yaşından tez pensiyaya çıxacaq

    4 hours ago

    Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında ataların da rolu danılmazdır. Ona görə də imtiyazın ailədə yalnız anaya şamil edilməsi maraq doğurur. Nəzərə alaq ki, son illərdə çoxuşaqlı ailələrin sayı sürətlə azalır. Belə bir məqamda ailə institutunun böyüdülməsi üçün yeni təşviq alətlərindən istifadə vacibdir. Belə alətlərdən biri də erkən pensiya hüququnun atalara da şamil edilməsidir. Bəs çoxuşaqlı ataların daha tez pensiyaya çıxması gözlənilirmi? Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən bir sıra hallarda ataların da daha tez pensiyaya çıxmaq hüququ var: “Nəzərə alsaq ki, “Əmək pensiyaları haqqında” qanuna bu istiqamətdə dəyişikliklər edildi. Həmin dəyişikliklərdən biri də ataların bu hüquqlardan istifadəsi halları ilə bağlıdır. Əgər uşaqların böyüdülməsi və tərbiyəsi ata tərəfindən həyata keçirilibsə, o halda ata daha tez pensiyaya çıxmaq hüququna malikdir. Nəzərə alaq ki, ailələrdə uşaqların tərbiyəsi ilə əsasən analar məşğul olur. Uşaqların böyüdülməsi ilə bağlı zəhmət anaların üzərinə düşür. Ona görə də bu hüquq birinci olaraq analara tanınıb. Lakin uşaqların böyüdülməsi və tərbiyə edilməsi bütövlükdə ata tərəfindən həyata keçirilibsə təbii ki, bu halda həmin hüquq atalara da şamil oluna bilər”. Millət vəkili Arzuxan Əlizadə isə vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, yalnız 5 uşağı olan analar pensiyaya 5 il tez çıxa bilirlər:  “Kişilər üçün bu qayda nəzərdə tutulmayıb. Amma qanunvericilikdə müəyyən istisnalar var. Beləki, əgər ailədə ana olmazsa və uşaqların böyüdülməsi, tərbiyə edilməsi yükü atanın üzərinə düşərsə, bu hüquq ataya da şamil edilə bilər. Bu nadir rast gəlinə biləcək hadisədir. Bəlkə də yoxdur. Ona görə də bu hüquqdan ancaq çoxuşaqlı analar faydalana bilər”.
    Click here to Read more
    Prev Article
    Rusiyaya giriş üçün QR kodu tələb olunacaq
    Next Article
    Dünyaca ünlü yıldızlar Henry, Messi, Suarez ve Putellas bir araya geldi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment