Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu küçədə hərəkət məhdudlaşdırılacaq

    6 hours ago

    Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb. "Qeyd olunanları nəzərə alaraq 09 may 2025-ci il saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri tövsiyə olunur. Xatırladaq ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın bir sıra prospekt və küçələrində razılaşdırılmış qrafikə uyğun olaraq əsaslı yenidənqurma işləri vaxt məhdudiyyətini nəzərə alaraq fasiləsiz davam etdirilir", - qurumdan bildirilib.
    Click here to Read more
    Prev Article
    Pay day banking outages hit 1.2m people, banks reveal
    Next Article
    Amedspor maçı öncesi Ankaragücü'ne kırmızı-beyaz koreografi yasağı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment