Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Builin ilk rübündə Azərbaycanda bank sektorunun göstəriciləri yüksəlib

    1 week ago

    2025-ci ilin ilk rübündə Azərbaycanda bank sektorunun aktivləri artıb. Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-mart aylarında bankların cəmi aktivləri 54 milyard 855,6 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 2,4 faiz və ya 1,3 milyard manat çoxdur. Həmin dövrdə sektorun cəmi öhdəlikləri də artaraq 47 milyard 960,7 milyon manata çatıb. Artım 2,6 faiz və ya 1,2 milyard manat olub. Balans kapitalı isə 6 milyard 894,9 milyon manat təşkil edib ki, bu da 1,2 faiz və ya 81,7 milyon manatlıq artım deməkdir. İlk rübdə bankların kredit portfeli 1 faiz və ya 284,8 milyon manat artaraq 27 milyard 877,1 milyon manata yüksəlib. Portfelin 53,6 faizi biznes kreditlərinin, 30,9 faizi istehlak kreditlərinin, 15,5 faizi isə ipoteka kreditlərinin payına düşüb. Bankların öhdəliklərinin böyük hissəsini depozitlər təşkil edib. Depozit portfelinin həcmi 37 milyard 293,1 milyon manat olub ki, bu da cəmi öhdəliklərin 77,8 faizinə bərabərdir. Depozitlərin 60,5 faizi hüquqi şəxslərə, 39,5 faizi isə fiziki şəxslərə məxsusdur. Fiziki şəxslərin əmanətlərinin 66,4 faizi milli valyutada, 33,6 faizi isə xarici valyutada yerləşdirilib. Bu vəsaitlərin 61,1 faizi müddətli əmanətlərdən ibarətdir. Mart ayında fiziki şəxslərin müddətli əmanətləri 2,3 faiz və ya 204,7 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799,2 milyon manat təşkil edib və onların ümumi depozit portfelində 74,5 faiz paya sahib olub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda ISO standartlarına uyğun müəssisələrin sayı 2,5 dəfə artıb
    Next Article
    Azərbaycanda bankların xalis mənfəəti azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment