Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı oldu

    1 day ago

    "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub. Valyuta.az "Report"a istinadən xəbər verir ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib. O, dünyasını dəyişənə qədər Bankın nizamnamə kapitalında 84,5 % paya malik olub. Səhmlərin 15,2 %-nə "VIP Aviation Services" MMC, 0,3 %-nə isə Elvira Əhmədova nəzarət edib. Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 2021-cü ilin yekununda onun nizamnamə kapitalı 154,6 milyon manat təşkil edib. Bu ilin aprel ayında isə Bank nizamnamə kapitalını 20 milyon manat və yaxud yaxud 12,9 % artıraraq 174,6 milyon manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.
    Click here to Read more
    Prev Article
    Bakıda 157 mənzil satışa çıxarıldı - Ödəniş 954 manatdan başlayır
    Next Article
    Borclularla bağlı yeni QAYDA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment