Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Caspian Agro-2025 sərgisi çərçivəsində Aqronomların I Forumu keçirilib

    8 hours ago

    Finss.az - 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 16 may tarixində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu” keçirilib. Forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, aqronomların bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və bilik mübadiləsinin təşviq olunmasıdır. Forumda dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, tədqiqatçılar, fermerlər və aqrar sahənin digər iştirakçıları bir araya gələrək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov forumun rəsmi açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, dövlət-özəl tərəfdaşlığı çərçivəsində keçirilən bu forumun aqrar sahədə bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu qeyd edib. Rektor aqronomiyanın inkişafında elm və təhsilin roluna toxunaraq, universitetin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərdən danışıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, aqrar sahənin əsas sütunlarından biri olan aqronomiyanın inkişafı, bu sahədə çalışan mütəxəssislərin peşəkar inkişafı və sertifikasiyası kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından böyük önəmə sahibdir. Dövlət-özəl tərəfdaşlığının daha səmərəli qurulması, kənd təsərrüfatı xidmətlərinin keyfiyyətinin artırılması və innovasiyaların tətbiqi baxımından bu forum mühüm əhəmiyyət daşıyır. Forumda iştirak edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Xəyalə Dadaşova öz çıxışında qeyd edib ki, aqronomların peşəkar inkişafı və innovativ yanaşmaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Bu sahədə çalışan mütəxəssislər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, torpaq münbitliyinin artırılmasında və məhsuldarlığın yüksəldilməsində xüsusi rol oynayırlar. Forumun açılış mərasimindən sonra keçirilən panel sessiyalarda aqronomlar və aqrar sahə üzrə ixtisaslaşmış tədqiqatçılar öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Forumda xüsusi olaraq özəl müəssisələrdə çalışan aqronomların bilik və bacarıqlarının şəffaf və obyektiv meyarlarla qiymətləndirilməsi və sertifikatlaşdırılması məsələlərinə toxunulub. Qeyd olunub ki, bu yanaşma peşəkarların əmək bazarında tanınmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və sahəyə olan ictimai inamın möhkəmləndirilməsinə xidmət edir. Tədbirin sonunda iştirakçılar aqrar sahənin inkişafına töhfə vermək məqsədilə bu cür fikir mübadiləsi platformalarının əhəmiyyətinə toxunub, bilik və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Ərdoğan: “Qardaşım Edi Rama ilə Albaniyadan bütün dünyaya sülh çağırışını səsləndirəcəyik”
    Next Article
    Yelo Bank-dan pulsuz debet kart!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment