Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    CATL Honq-Konq listinqində ən azı 4 milyard dollar toplamağı planlaşdırır

    40 minutes ago

    Dünyanın ən böyük elektrik avtomobil akkumulyatorları istehsalçısı olan Çinin Contemporary "Amperex Technology" (CATL) şirkəti Honq-Konq Fond Birjasında listinqdə ən azı 31 milyard HK dolları (4 milyard ABŞ dolları) yığmağı planlaşdırır.  Valyuta.az xəbər verir ki, bu barədə bu gün birjaya təqdim edilən sənədlərdə bildirilib. Bu, ilin əvvəlindən bəri dünyada ən böyük yerləşdirmə olacaq. CATL qiymətli kağızlarının alqı-satqısı mayın 20-də başlayacaq. Şirkət bildirib ki, təklif üçün maksimum qiyməti 263 HK$ (34 dollar) olmaqla 117,9 milyon səhm satmağı planlaşdırır. SPO-da səhmlərin yekun qiyməti mayın 19-dan gec olmayaraq elan ediləcək. Yerləşdirməyə 20-yə yaxın institusional investor, o cümlədən Çinin "Sinopec" neft-qaz şirkəti, "Hillhouse Capital" investisiya fondu və Küveytin suveren fondu Küveyt İnvestisiya Fondu da daxil olmaqla, şirkətin səhmlərini 2,6 milyard dollara almağı planlaşdırır. CATL səhmləri bu gün Şenzen Fond Birjasında 3,5% bahalaşıb. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Zafer partili sözcü Teröristbaşı Öcalan'dan bahsetti: PKK çıkışı
    Next Article
    Miguel Cardoso hat-trick yaptı, Kayserispor kazandı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment