Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Cəmil Quliyev sədr, onlar isə üzv oldu

    1 day ago

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) nizamnaməsinə uyğun olaraq, 3 nəfər üzvdən ibarət Müşahidə Şurası formalaşdırılıb. HİT.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq Əmr imzalanıb. Əmrə əsasən, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri, teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov və aktyor, rejissor, ssenari müəllifi İlham Qasımov isə şuraya üzv təyin ediliblər. Qeyd edək ki, Müşahidə Şurası ARKA-ya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədrinin və üzvlərinin səlahiyyət müddəti 4 ildir. Xatırladaq ki, C. Quliyev 2019-2020-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
    Click here to Read more
    Prev Article
    “Antiterror əməliyyatı şəhidlərinin təbliği” layihəsinə start verildi
    Next Article
    “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumda “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment