Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ChatGPT yaddaş funksiyasını işə salır - Axtarışlar fərdiləşəcək

    1 week ago

    "OpenAI" şirkəti tərəfindən yaradılan süni intellekt əsaslı "ChatGPT" aləti yaddaş funksiyasına yeni bir imkan əlavə edib. Valyuta.az xəbər verir ki, artıq bu funksiya aktiv olduqda, "ChatGPT" istifadəçi ilə əvvəlki söhbətlərdən öyrəndiklərini veb axtarışlarında da tətbiq edə biləcək. "OpenAI" bildirir ki, yaddaş funksiyası açıq olduğu zaman "ChatGPT" internetdə axtarış apararkən əvvəlki dialoqlarda əldə etdiyi məlumatları xatırlayır və bu bilgilərə əsaslanaraq axtarışı istifadəçiyə uyğunlaşdırır. Beləliklə, sistem yalnız verilmiş əmrləri sözbəsöz deyil, istifadəçini tanımaqla yanaşı, onun ehtiyaclarını da nəzərə alaraq cavablandırır. Bildirilir ki, əgər bir istifadəçi əvvəlki söhbətlərdə vegan olduğunu və San-Fransiskoda yaşadığını bildiribdirsə, "yaxınımda mənim zövqümə uyğun restoranlar hansılardır?" kimi bir sorğu zamanı "ChatGPT" bu ifadəni avtomatik olaraq "San-Fransiskoda yaxşı vegan restoranlar" kimi tərcümə edərək axtarış motoruna yönəldəcək. "OpenAI" qeyd edir ki, bu xüsusiyyət nəticələrin istifadəçi seçimlərinə daha uyğun olmasına şərait yaradacaq. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    iPhone 17 Pro Max ile iPhone Kullanıcılarının Hayali Nihayet Gerçeğe Dönüşecek
    Next Article
    AKRA Gran Fondo’da pedallar dostluk için döndü

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment