Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Cibimizdən ayırmadığımız telefon necə ixtira olundu?

    12 hours ago

    Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilmiş, daim yanımızda olan telefonun ixtirası tarixin ən böyük icadı hesab oluna bilər. Müasir ünsiyyəti kökündən dəyişən bu inqilabi kəşf texnologiyanın inkişafında böyük dönüş nöqtəsi oldu.  Bəs telefonu kim ixtira edib? İlk dəfə harada istifadə olunub və necə işləyib?  Valyuta.az telefonun ixtirasına dair maraqlı detalları təqdim edir: Hazırda əlimizdə tutduğumuz smartfonlar həyatımızın demək olar ki, bir hissəsinə çevrilib. Səhər oyandığımız andan gecə yatana qədər əlimizdən düşməyən bu cihazlar yalnız ünsiyyət qurmağımıza deyil, həm də məlumata çatmağımıza, işlərimizi idarə etməyimizə və dünya ilə əlaqədə qalmağımıza imkan yaradır. Bu qədər inkişaf etmiş texnologiyanın əsası isə 19-cu əsrin ortalarında sadə bir ideya ilə qoyulmuşdu: səsi bir yerdən digər yerə kabel vasitəsilə ötürmək. Bəs bu inqilabın arxasındakı şəxs kim idi? Tarixə telefonun mucidi kimi düşən şəxs Aleksandr Qraham Bell olub. Bell 1876-cı ildə telefonun patentini alaraq bu inqilabi rabitə vasitəsini dünyaya təqdim etdi. Əslində, Bell eşitmə qüsurlu şəxslərə kömək edə biləcək bir cihaz üzərində işləyirdi. Bu işlərində ona yardım edən isə Tomas Vatson idi. Ancaq bu mövzuda adı çəkilən daha bir mühüm şəxs də italyan ixtiraçı Antonio Meuccidə var. Meucci Belldən təxminən 5 il əvvəl – 1871-ci ildə səs ötürülməsinə əsaslanan bir cihaz hazırlamış və bunun üçün patent müraciəti etmişdi. Təəssüf ki, maddi imkansızlıqlar səbəbilə bu müraciətini yalnız 1874-cü ilə qədər davam etdirə bilmişdi. Bu səbəbdən rəsmi olaraq kəşfin sahibi Bell sayılır. Telefonun ixtirası necə baş verdi? Bell Boston Universitetində apardığı tədqiqatlar zamanı səsi mexaniki olaraq ötürə bilən bir sistem üzərində çalışırdı. Bu işlər zamanı bir gün Vatson-dan kömək istəyərkən söylədiyi cümlə tarixə düşdü. Vatson başqa otaqda olarkən Bell-in dediyi sözlər cihaz vasitəsilə ötürüldü və Vatson bunu eşitdi. Bu uğurlu sınaq telefonun yaranmasının əsasını qoydu. Bell-in tarixə keçən ilk sözləri belə idi: "Cənab Vatson, bura gəlin, sizi görmək istəyirəm." Bu uğurlu sınaqdan sonra Bell 7 mart 1876-cı ildə telefonun patentini aldı və cihazını ilk dəfə Boston şəhərində keçirilən bir sərgidə ictimaiyyətə təqdim etdi. Bu təqdimat böyük əks-səda doğurdu və qısa müddətdə iş dünyasında maraqla qarşılandı. Bell bundan sonra öz telefon şirkətini quraraq istehsala başladı. İlk telefon danışığı harada baş verib? Tarixdə qeydə alınmış ilk telefon danışığı 1876-cı il oktyabrın 9-da Aleksandr Qraham Bell və Tomas Vatson arasında baş tutub. Bu danışıq Boston şəhərində iki nöqtə arasında çəkilmiş 3 kilometrlik kabel vasitəsilə həyata keçirilib. İlk uzaq məsafəli telefon danışığı isə yenə eyni şəxslər arasında 25 yanvar 1915-ci ildə, San-Fransisko ilə Nyu-York arasında – 5 500 kilometrlik bir xətt üzərindən baş tutub. “Alo” sözünün mənşəyi haradan gəlir? Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz “alo” sözünün mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Ən məşhur iddiaya görə, Bell sevgilisi Alessondra Lolita Osvaldo üçün evinə telefon çəkdirmişdi. “Alo” sözünün onun adının baş hərflərindən yaranaraq formalaşdığı güman edilir. Günay
    Click here to Read more
    Prev Article
    Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var
    Next Article
    Elektriklə işləyən bu maşınları 2025-ci ildə almağa dəyməz - SİYAHI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment