Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Çin elektromobilləri dünyanı ələ keçirir: ABŞ şirkətləri sağ qalacaqmı?

    10 hours ago

    2025-ci ildə Şanxaydakı avtomobil sərgisi Çinin avtomobil sənayesində qlobal liderliyə iddialı olduğunu bir daha sübut edib.  Valyta.az CNN-in hazırladığı təhlilə əsasən məlumat verir ki, Çin elektromobilləri texnologiya, qiymət və inkişaf sürəti baxımından ABŞ və digər ölkələrin istehsalçılarını geridə qoyur. ABŞ şirkətləri üçün isə bu, ciddi rəqabət və sağ qalmaq üçün yeni strategiyalar deməkdir. Çin dünyaya nə nümayiş etdirdi? Şanxayda keçirilən avtomobil sərgisi 60 futbol meydanı böyüklüyündə bir ərazidə təşkil olunmuş və əsas diqqət məhz Çin istehsalçılarının futuristik elektromobillərinə yönəlmişdi. Ziyarətçilər arasında ən çox maraq doğuran modellərdən biri "BYD Denza Z" adlı elektrikli idman avtomobili olub. Bu modelin dizaynına keçmiş "Audi" və "Lamborghini" dizayneri Volfqanq Egger rəhbərlik edir və o, avtomobili "emosional dizaynın simvolu" kimi təqdim edib. Sərgidə həmçinin "Xiaomi", "Nio" və digər texnologiya nəhəngləri də elektromobil sahəsindəki yeniliklərini nümayiş etdirib. Məsələn, "Nio" şirkətinin ET9 modeli musiqi ilə sinxron hərəkət edən süspansiya texnologiyası ilə təqdim olunub. Çin avtomobil sənayesinin heyrətamiz yüksəlişi CNN qeyd edir ki, hələ 15 il əvvəl Çin avtomobil markaları dünya bazarında qeyri-ciddi nüsxələrlə tanınırdı. Bu gün isə onlar elektromobil sahəsində texnologiya və innovasiya baxımından dünya liderləridir. 2024-cü ildə BYD şirkəti satış həcminə görə ABŞ-ın "Tesla"sını geridə qoyub. Bundan əlavə, "Volkswagen" kimi illərlə Çin bazarının lideri olmuş nəhəngləri də keçərək, daxili bazarda dominantlıq əldə edib. 2024-cü ildə Çin dünya elektromobil bazarının 60%-dən çoxuna nəzarət edirdi. Ticarət müharibəsi və Çin şirkətlərinin strategiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın başladığı ticarət müharibəsi nəticəsində ABŞ və Kanada 2024-cü ildə Çin elektromobillərinə 100% gömrük rüsumu tətbiq edib. Avropa İttifaqı da bu rüsumu 45%-ə qədər artırsa da, bu tədbirlər Çin şirkətlərinin ixracına ciddi təsir etməyib. 2025-ci ilin ilk rübündə Çin 441 min ədəd elektromobil və hibrid avtomobil ixrac edərək, ötən ilin eyni dövrü ilə müqayisədə ixracını 40% artırıb. Çin şirkətləri ABŞ bazarını istisna etməklə, Avropa və digər ölkələrə yönəlib və bu da onların gəlir itkisindən yayınıb. Eyni zamanda, ölkədaxili rəqabət Çində texnoloji yenilikləri və qiymət/keyfiyyət nisbətini daha da gücləndirib. Texnologiyada böyük sıçrayış Çin şirkətləri elektromobil texnologiyalarında da ön sıralardadır. BYD tərəfindən təqdim edilən yeni batareya cəmi 5 dəqiqəlik enerji ilə avtomobilə 400 km məsafə qət etmə imkanı verir. "CATL" isə bu göstəricini 515 km-ə qədər artırdıqlarını açıqlayıb. Bundan əlavə, "Huawei" və "Momenta" kimi texnoloji şirkətlər sürücüyə yardım sistemlərini inkişaf etdirirlər. BYD 2025-ci ildən etibarən "God’s Eye" adlı sistemini 10 min dollar dəyərində olan büdcə avtomobillərinə də tətbiq etməyi planlaşdırır. Amerikalılar üçün "şok qiymətlər" və təəccüblü keyfiyyət CNN jurnalistləri ilə danışan amerikalı bir iş adamı, sərgidə 28 min dollarlıq elektromobilin oturacaq qızdırıcısı, səsli idarəetmə, tavan projektorları və geniş salon kimi funksiyalarla təchiz olunduğunu və bu qiymətə belə təchizatın təəccüb doğurduğunu bildirib. Bazarda daha ucuz – 20 min dollara başa gələn versiyalar da mövcuddur. Xarici istehsalçılar da sürətə təəccüblənir Yaponiyanın "Nissan" şirkətinin Çin üzrə rəhbəri Stiven Ma bildirib ki, pandemiyadan sonra ölkəyə qayıtdıqda Çindəki inkişaf sürəti onları heyrətləndirib: "Çin dəyişmişdi və bu, bizim gözləntilərimizi çox üstələdi". ABŞ və Kanada nə edə bilər? 2024-cü ildə tətbiq edilən yüksək rüsumlar ABŞ və Kanadanın Çin elektromobillərinin genişlənməsinin qarşısını almaq üçün atdığı addımlardandır. Lakin bu tədbirlər kifayət etmir. Eyni zamanda, bu ticarət müharibəsi ABŞ şirkətlərini təchizat zəncirlərini Çindən çıxarmağa məcbur edib. "Ford"un Çin bazarı üzrə maliyyə direktoru Rayan Anderson bildirib ki, Trampın tətbiq etdiyi tariflərdən əvvəl şirkət mümkün qədər çox modeli Çinə gətirib. Onun sözlərinə görə, bu rüsumlar ləğv olunmayana qədər Çindəki fəaliyyət genişlənməyəcək. Tərəfdaşlıqlar və strategiya dəyişiklikləri Bəzi Avropa istehsalçıları strategiyalarını dəyişiblər. "Volkswagen" Çində daha çox model dizayn etməyə və istehsalı yerli bazara yönəltməyə qərar verib. Şirkətin rəhbəri Ralf Brandştetter bildirib: "Bu, daha çox yerli inkişaf, texnoloji tərəfdaşlıqlar və innovasiyaların sürətli tətbiqi deməkdir". Son illərdə Çin şirkətləri bir çox beynəlxalq tərəfdaşlıq qurublar. 2023-cü ildə "Volkswagen" "XPeng"ə 700 milyon dollar sərmayə yatırıb, "Stellantis" "Leapmotor" ilə, "Toyota" isə "Momenta" və BYD ilə əməkdaşlığa başlayıb. ABŞ şirkətlərinin gələcəyi necə olacaq? CNN-in araşdırmasına görə, Çin elektromobilləri üstünlük qazandıqca, ABŞ istehsalçıları ya daxiliyanma mühərrikli avtomobillərə fokuslanmalı, ya da elektromobil texnologiyalarında sürətli irəliləyiş etməlidir. Əks halda, ABŞ avtomobil sənayesini ağır günlər gözləyə bilər. Mənbə: Qaynarinfo.az
    Click here to Read more
    Prev Article
    “Uber”robot taksilərə keçir
    Next Article
    Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb (YENİLƏNİB)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment