Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Çin Latın Amerikasına 9,2 milyard dollar kredit və vizasız səyahət təklif edir

    2 hours ago

    Çin Latın Amerikası ölkələri ilə sırf siyasi qarşıdurma və blok rəqabəti şəraitində və təcridçilik və proteksionizm dalğalarının artması fonunda fırtınalı alt axınlar qarşısında əl-ələ verməyə hazırdır.  Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, Çin lideri Si Szinpin bunu Pekində keçirilən Çin-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) forumunda deyib. O, bu region ölkələrinə 9,2 milyard dollar dəyərində kredit və eləcə də bir sıra digər layihələr təklif edib. Çin lideri kreditlərin regionun inkişafının dəstəklənməsinə yönəldiləcəyini qeyd edərək, yuanla veriləcəyini bildirib. 2015-ci ildə CELAC ölkələri ilə keçirilən ilk belə forumda Çin infrastruktur layihələrinə investisiya üçün onlara 20 milyard dollar kredit təklif edib. Çinin regionla ticarəti sürətlə artaraq 2024-cü ildə ilk dəfə 500 milyard dolları ötüb. Forumda Çin təmiz enerji, 5G rabitə, rəqəmsal iqtisadiyyat, süni intellekt və qlobal təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək planlarını açıqlayıb. Bundan əlavə, Pekin təcrübə mübadiləsi çərçivəsində hər il Latın Amerikası ölkələrindən 300 siyasi partiya üzvünü dəvət etmək niyyətindədir. Çin səlahiyyətliləri, həmçinin beş Latın Amerikası ölkəsinin vətəndaşlarına Çinə vizasız giriş hüququ verəcəklərini açıqlayıb. Çin hələ ki, bu hüququ hansı ölkələrin alacağını dəqiqləşdirməyib. Bu arada, Pekində forumun açılışında çıxış edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva vurğulayıb ki, CELAC regionu böyük iqtisadi güclərdən müstəqil qalmalı və “hegemonluq üzərində mübahisələr meydanına” çevrilməməlidir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Yapay Zekâ, iPhone'unuzun Pil Ömrünü Uzatacak: İşte Çok Yakında iOS 19 ile iPhone'lara Gelecek Müthiş Özellik
    Next Article
    Eyüpspor, Berke Özer ve Luccas Claro’nun sözleşmelerini uzattı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment