Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Çin Zəngəzur dəhlizinin açılması üçün həmlə edəcək? - RƏY

    2 days ago

    "Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər yeni mərhələyə keçib". Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu mərhələnin əsas məqamlarından biri Zəngəzur dəhlizinin mümkün qədər tez açılmasında maraqlı qüvvələrin sayının Çinin timsalında genişlənməsidir: "İndiyə qədər Azərbaycan, Türkiyə və bəzi Avropa ölkələri bu dəhlizin açılmasında maraqlı idi. İndi isə artıq Çin də bu sırada aktiv qüvvə kimi çıxış edir. Çünki hazırda ABŞ və Rusiyanın apardığı siyasət istər-istəməz Avropa ilə Çini daha yaxın əməkdaşlığa sövq edir.  Belə şəraitdə Azərbaycan geosiyasi baxımdan çox mühüm bir bölgədə yerləşməsinə görə əhəmiyyəti də artır. Xüsusilə də ölkəmizin nəqliyyat və logistika infrastrukturları ilə yanaşı, Orta Dəhliz Çin-Avropa münasibətlərinin daha strateji xarakter almasında böyük önəm kəsb etməyə başlayır". Ekspert qeyd edib ki, Çin və Avropa hər nə qədər bir-birlərinə yaxınlaşmağa çalışsalar da, bunu Azərbaycansız təsəvvür etmək mümkün deyil: "Bu baxımdan, Zəngəzur dəhlizinin də əhəmiyyəti olduqca böyükdür. İndiyə qədər Şərq-Qərb dəhlizi üzrə daşınmalar əsasən Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzərindən aparılırdı. Bu gün isə Zəngəzur dəhlizi böyük imkanlara malik olan alternativ kimi meydana çıxır.  Bu mənada Zəngəzur dəhlizinin açılmasında Çinin maraqlı olduğu da bir faktdır. Çin Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana da müəyyən təsirlər göstərmək imkanına malikdir". Pərviz  
    Click here to Read more
    Prev Article
    Bu gün Çin kimi dünya nəhəngi ilə Azərbaycanın mövqeyi bütün sahələrdə üst-üstə düşür
    Next Article
    Biraylıq körpə boğulub öldü

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment