Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Cins ətək 2025-ci ilin yayında necə geyinilməlidir? - Dəbli kombinlər

    2 hours ago

    Cins ətək artıq bir neçə mövsümdür ki, yay qarderobunun əsas elementi kimi qəbul olunur.  HİT.az xəbər verir ki, rahatlığı və çox yönlülüyü ilə seçilən bu parça düzgün kombinlərlə həm küçə dəbində, həm də gündəlik ofis stilində öz yerini möhkəmləndirir. Ən əsası isə – onunla tərzli və aktual görünmək üçün uyğun üst geyimi, ayaqqabı və aksesuar seçməkdir. Uzun cins ətəklə nə geyinməli? Uzun cins ətəklər son illərdə küçə dəbində populyarlığını artırıb. Bu ətək forması bədəni balanslaşdırır və həm rahat, həm də daha rəsmi obraz yaratmağa imkan verir. Uyğun üst geyimi: * Baza köynəklər * Qısa krop-toplar * Oversize köynəklər * Bədənə oturan bodilər * Kətan və pambıq maykalar * Qısa jaketlər * İdman üslublu atletlər Ayaqqabı seçimləri: * Sandaletlər * Krosovkalar * Mokasinlər * Aşağı dabanlı açıq ayaqqabılar Midi uzunluqda cins ətəklə nə uyğunlaşır? Midi cins ətəklər həm gündəlik gəzintilər, həm də iş üçün ideal seçimdir. Stilistlər bu uzunluqda ətəklə fakturaların düzgün birləşməsinə diqqət etməyi tövsiyə edir. Uyğun üst geyimi: * Klassik ağ köynəklər * Toplar (nazik askılı və ya ipli) * Jiletlər * Tərli svetşotlar * Dəri jaketlər * Trikotajlı uzunqollular * İpək bluzlar Obraza uyğun ayaqqabılar: * Loferlər * Klassik tuflilər * Baletkalar * Yüngül botlar Cins ətəklə obrazlar - hadisəyə uyğun dəstlər * Küçə stili (casual): Printli futbolka, krosovkalar, kiçik bel çantası və gün eynəkləri * Ofis üçün: Sadə köynək, bel kəməri, qapalı tuflilər və minimal zərgərlik * Yay istirahəti: Bandaj top, sandaletlər, hasır çanta və böyük gün eynəyi * Sərin hava üçün: Yumşaq trikotaj sviter, dəri gödəkçə və botilər Aksesuarlar: Kəmər, çanta, gün eynəyi, iri sırğalar və sadə qolbaqlar obrazın tamamlayıcısıdır. Samir
    Click here to Read more
    Prev Article
    Türkiyədə Azərbaycanla bağlı kitab nəşr olundu
    Next Article
    Şahmat oynamaq HARAMDIR?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment