Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Çox icazə alan işçilərin maaşı azalacaq” - Sonuncu dəyişiklik kimlərə sərf edəcək?

    6 hours ago

    Bu günlərdə saatlıq iş rejimində əmək haqqının verilməsi ilə bağlı müzakirələr gedir. Bir çox şəxsi düşündürən sual budur: Saatlıq əmək haqqı ödənişi mənə sərf edəcəkmi? İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis, təlimçi Xəyyam Əsgərov Valyuta.az-a bildirdi ki, əmək münasibətlərindəki edilmiş sonuncu dəyişikliklər yaxın zamanlarda qüvvəyə minəcək: “İşçilərin aylıq əmək haqqının saatlıq əmək haqqı ilə əvəzlənməsi ilə bağlı Nazirlər kabinetinin bir neçə qərarı var və yeni yanaşma bu Nazirlər Kabinetinin Qərarlarına və Əmək Məcəlləsinin müəyyən maddələrinə köklü dəyişikliklərin yaranmasına səbəb olacaq, səbəb olacaq. Dəyişməyən maddə əmək məcəlləsinin 102-ci maddəsi olacaq. Yəni, bu maddə İşəgötürən tərəflə işçilərin davamiyyətinin dürüst və dəqiq aparılması öhdəliyidir. Saatlıq əmək haqqına keçiləndən sonra isə bu daha dəqiq aparılmalıdır. İşəgötürənlər əvvəlki qayda ilə kağız və ya kitab üzərindən qeydiyyatı yığışdırmalı, müasir texnologiyaların təklif etdiyi sistemlərdən istifadə etməlidir. Çünki mübahisəli halların qarşısının alınması məqsədi ilə daha dəqiq qeydiyyat aparılması tövsiyə olunur”.  Yeni yanaşma istehsalat təqviminə təsir edəcək Mütəxəssis bildirir ki, Məcəllənin və Nazirlər Kabinetinin qərarı axşam, gecə növbəsi və gündüz növbəsi saatların normasına təsir edən yanaşmadır: “Burada həftəlik, aylıq, günlük, illik cəmlənmiş qeydiyyatdan söhbət gedir. Bu da istehsalat təqviminə təsir edir. Burada artıq köklü dəyişiklik və sistemli bir yanaşmanın olmasından söhbət getməlidir. Eyni zamanda qərarların mənfi və müsbət tərəflərini səciyyələndirə bilərik”.  Müsbət tərəfləri o olacaq ki... X.Əsgərovun fikrincə, müsbət tərəfləri bu olacaq ki, dəqiq saatla hesablama olduğu üçün daha şəffaf əmək haqqı hesablama sistemi olacaq: “Vaxt qeydiyyatı dəqiq aparılsa, ədalətli ödəniş sistemi olacaq. Bu işçilərin motivasiyasına və gəlirin çoxalmasına səbəb ola bilər. İşəgötürən üçün əmək haqqının hesablanması sistem tərəfindən tələb edildiyindən əmək haqqı hesablanması mürəkkəb olsa da, bu proses avtomatlaşdırılacağı üçün proses daha da sürətlənəcək”.  Mənfi tərəfləri  Mütəxəssis yeni qərarın gətirəcəyi mənfi nüansları qeyd etdi: “Mənfi tərəfləri də o ola bilər ki, bu, hansısa işçilərdə hansısa peşə və fəaliyyət növlərində əmək haqqının azalmasına səbəb ola bilər. Xüsusilə çox işləyən, zəhmətkeşlərin əməkhaqları artacaq, tez-tez işdə olmayan işçilərin əmək haqları isə azalacaq. Bildiyimiz kimi əvvəl qanunvericilikdə icazə alma anlayışı yox idi, məzuniyyət və onun növləri var idi. İcazə almalar isə şirkət daxili qaydalarla tənzimlənirdi. Artıq icazə alma ilə bağlı dövlət portalında müddəalar var. Bu artıq birbaşa əmək haqqına təsir edəcəyi üçün və bu artıq portalda olacağına görə, icazə almalar da işçinin əmək haqqına birbaşa təsir edəcək. Bu da mənfi təsirlərdən biridir. Eyni zamanda sabit gəlir yox, dəyişkən gəlir olacaq. İşçilərin saatları dəyişəcəyi üçün, əmək haqqı da oynaq olacaq. Rəqəmlərin çox oynaması, hesablamalarda çox yanlışlığa səbəb ola bilər. Onu da qeyd edim ki, uzaqdan və ya hibrid rejimdə işləyənlərin saatlıq iş üzrə əmək haqqının hesablanması razılaşma ilə olsa da, ölçülməsi çətinləşəcək”. Hesablamanın necə aparılacağı önəmlidir Mütəxəssis deyir ki, qanunvericilik dəyişəndən sonra faktiki həftəlik, aylıq, illik iş normasının saatlığa bölünməsi necə olması da önəmlidir: “Yəni, işçinin saat, gün, həftəlik iş saatı və illik cəmlənmiş qeydiyyat norması mövcuddur və onu böləndə saata necə böləcəklər? Aylığımı, illik normanımı saata bölüb hesablayacaqlar? Yanaşmanın necə olacağı məlum olandan sonra bilinəcək ki, bu, işçilərin xeyrinədir, yoxsa ziyanınadır. İndiki halda bəhs etdiyim mənfi və müsbət tərəflər ümumidir. Köklü tərəfdən qanunvericiliyin işlək mexanizmi hesablama məntiqi, faktiki istehsalat təqviminə uyğun illik saat norması saatlara bölününüb bir saatı çıxarılacaq, yoxsa, hər ay dəyişəcək? Bilirsiniz ki, aylıq istehsalat təqviminə görə aylıq normalar dəyişir. İllik götürülmüş olsa, işçilərin xeyrinədir, aylıq götürülmüş olsa, işçilərin ziyanınadır”. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR
    Next Article
    Gabriel Brazao kimdir? Galatasaray'ın transfer etmek istediği Gabriel Brazao kaç yaşında, nereli?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment