Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Cümə axşamı neftin qiyməti artıb, Brent bir barel üçün 61,5 dollara satılır

    7 hours ago

    Cümə axşamı səhər neft qiymətləri əvvəlki günə olan itkiləri geri qaytararaq yüksəlir. Finss.az xəbər verir ki, Moskva vaxtı ilə saat 8:03-ə Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 61,5 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,38 dollar (0,62%) bahadır. Çərşənbə günü bu kontraktların qiyməti 1,03 dollar (1,66%) ucuzlaşaraq 61,12 dollar/barel olub. Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,44 dollar (0,76%) bahalaşaraq bir barelə görə 58,51 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə onların qiyməti 1,02 dollar (1,73%) azalaraq 58,07 dollar/barelə bərabər olub. Sitatlar ABŞ və Çin arasında qarşıdan gələn ticarət danışıqları ilə bağlı ümidlərlə dəstəklənir. Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent bu həftə İsveçrədə Çin nümayəndələri ilə görüşəcəyini bildirmişdi. Pekin də bu cür danışıqlara hazır olduğunu təsdiqləyib.
    Click here to Read more
    Prev Article
    Sabah hava əsasən yağmursuz olacaq
    Next Article
    Amazon Anneler Günü İndirimleri: Küçük Mutfak Aletleri

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment