Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Darçın kimə zərərlidir? - Alimlər xəbərdarlıq etdi

    14 hours ago

    Darçının tərkibində olan sinnamaldehid bəzi dərmanları orqanizmdən çıxararaq onların effektivliyini azalda bilər. Hit.az xəbər verir ki, bu qənaətə Missisipi Universitetinin müvafiq araşdırma aparan alimləri gəlib. Qeyd olunur ki, yeməyə və ya içkiyə az miqdarda darçın qatmağın heç bir nəticəsi olmayacaq, lakin bu ədviyyatı böyük dozada istehlak etmək problemlər yarada bilər. Aparıcı tədqiqatçı Şabana Xan xəbərdarlıq edib: "Darçının həddindən artıq istehlakı reseptlə yazılan dərmanların orqanizmdən sürətlə xaric olmasına səbəb ola bilər ki, bu da onların effektivliyini azalda bilər". Tədqiqatçılar müəyyən edib ki, darçındakı əsas birləşmə - sinnamaldehid - orqanizmdə müəyyən dərmanları parçalayan reseptorları aktivləşdirə bilər. Xəbərdarlıq ilk növbədə hipertoniya, diabet, artrit, astma, piylənmə, HİV, QİÇS, depressiya kimi xroniki xəstəliklərdən əziyyət çəkən və davamlı olaraq dərman qəbul edən insanlara aiddir. Xan deyib: "Ən yaxşı məsləhət darçın kimi hər hansı əlavələri reseptli dərmanlarla istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdir". Eyni zamanda araşdırmada yeməklərin hazırlanmasında və kosmetika istehsalı üçün çox istifadə edilən darçın yağının heç bir risk daşımadığı vurğulanır. Samir
    Click here to Read more
    Prev Article
    DGK-ya məxsus iki avtomobil hərraca çıxarılır
    Next Article
    Tramp Uitkoffdan narazıdır: "Putinin poçtalyonu kimi çıxış edir"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment